Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam

Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam

Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam...
Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm
Dövləti-cavidan mənəm, ayinədana sığmazam
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm

Dövləti-cavidan mənəm
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm
Məndən uludur ayətim, ayətə, şana sığmazam
Sığmazam, sığmazam, sığmazam, sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm
Dövləti-cavidan mənəm, ayinədana sığmazam
Sığmazam, sığmazam, sığmazam, sığmazam

Kövnü məkandır ayətim, zati dürür bidayətim
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam...
Surətə baxu mə'nini surət içində tanı kim
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam
Sığmazam, sığmazam, sığmazam

Sığmazam, sığmazam, sığmazam
Sığmazam, sığmazam, sığmazam
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam
Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm
Dövləti-cavidan mənəm, ayinədana sığmazam
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm
Məndən uludur ayətim, ayətə, şana sığmazam
Sığmazam, sığmazam, sığmazam, sığmazam

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm
Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam
Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam
Mən bu cahana sığmazam
Mən bu cahana sığmazam
Mən bu cahana sığmazam